“Keşlə”, “Qəbələ” və “Zirə” ilə oyunların günü dəyişdirilib

“Keşlə”, “Qəbələ” və “Zirə” ilə oyunların günü dəyişdirilib

Azərbaycan millisinin mart toplanışı və yoxlama görüşləri, həmçinin 11 aprel prezident seçkiləri ilə əlaqədar premyer liqanın və ölkə kubokunun təqvimində dəyişiklər edilib.

19-cu turda “Keşlə – “Neftçi” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi martın 10-da deyil, 9-da olacaq.

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ” – “Neftçi” matçı aprelin 11-dən 12-nə, ölkə çempionatının 23-cü turunun “Zirə” – “Neftçi” görüşü isə aprelin 14-dən 15-nə keçirilib.

Həmin kateqoriyadan