“Keşlə”dən Kamran Ağayev açıqlaması

Bir neçə futbolçuyla yollarını ayıran “Keşlə” mövsümün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi “Neftçi”dən Məqsəd İsayevi heyətinə cəlb edib. Onunla bir illik müqavilə bağlanıb. Bu barədə komanda.az-a klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.

Klub rəsmisi həmçinin, bu yaxınlarda Çex Respublikasının “Mlada Boleslav” klubundan ayrılan millimizin qapıçısı Kamran Ağayev və argentinalı yarımmüdafiəçi Pablo Podio ilə anlaşdıqlarını, hər iki futbolçu ilə müqavilənin tezliklə rəsmiləşəcəyini bildirib.

Xatırladaq ki, “Keşlə” mövsümün ikinci yarısında yeni baş məşqçi, ukraynalı Yuri Maksimovun rəhbərliyi altında çıxış edəcək.

Həmin kateqoriyadan