- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 41
- İyun 22, 2026
- 0

Topaz premyer liqasının 25-ci turunda “Neftçi” üzərində 2:1 hesablı qələbə “Keşlə” üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, komanda çempionatda ev oyunlarında qazandığı uğurun sayını 150-ə çatdırıb.
Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən paytaxt klubu öz meydanında keçirdiyi 258-ci görüşdə 150-ci dəfə qalib gəlib. “Keşlə” evdəki digər qarşılaşmalarda 65 heç-heçə edib və 43 dəfə uduzub.
Qeyd edək ki, “Keşlə” Azərbaycan çempionatları tarixində evdə ən çox qələbə qazanan 5-ci komandadır. Bakılılar “Qarabağ”, “Neftçi”, “Kəpəz” və “Turan”dan geri qalır.