“Keşlə”nin müşahidə şurası yeni baş məşqçini və idman direktorunu təyin edib

Bu gün “Keşlə” futbol klubunun müşahidə şurasının iclası keçirilib.

Allsport.az saytı xəbər verir ki, müzakirəsindən sonra komandaya baş məşqçi vəzifəsinə Yuri Maksimovun və idman direktoru postuna  Ramiz Məmmədovun təyin olunması barədə qərar qəbul olunub.

Toplantıda, həmçinin yeni futbolçuların “Keşlə”yə cəlb olunması və digər məsələlər barədə müzakirələr aparılıb.

Həmin kateqoriyadan