Kişi boks millimiz növbəti dünya çempionatları üçün Rusiya və Hindistana yollanacaq

Kişi boks millimiz növbəti dünya çempionatları üçün Rusiya və Hindistana yollanacaq

AİBA icraiyyə komitəsinin yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, Moskvada baş tutan tədbirdə kişi boksçular arasında 2019-cu və 2021-ci illərdə keçiriləcək dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşib. İddiaçıların müraciətlərinə baxılıb və qərarlar qəbul olunub. DÇ-2019-un ev sahibliyi Rusiyaya verilib. Yarış Soçi şəhərində baş tutacaq.

2021-ci ildə keçiriləcək planetin ən güclülərinin yarışına isə Hindistana həvalə edilib. Tədbir ölkənin paytaxtı Yeni Dehlidə olacaq. Bu şəhər həm də qadınlar arasında keçiriləcək DÇ-2018-ə ev sahibliyi edəcək. 2019-cu ildə isə qadın idmançılar Türkiyənin Trabzon şəhərində qüvvəsini sınayacaq.

Qeyd edək ki, bu il keçiriləcək mundiala Almaniyanın Hamburq şəhəri ev sahibliyi edəcək. Avqustun 25-də start götürəcək yarış sentyabrın 3-də başa çatacaq.

Həmin kateqoriyadan