Kişi boksçuların ölkə çempionatı

Allsport.az xəbər verir ki, boks mərkəzində təşkil olunacaq yarışda 13 çəkidə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 11:30-da, döyüşlər saat 12:00-da başlanacaq. 

Çempionatda qaliblərin adına dekabrın 8-də aydınlıq gələcək. Final döyüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Həmin kateqoriyadan