KL: “Zirə” növbəti mərhələdə

KL: “Zirə” növbəti mərhələdə

“Zirə” bu gün konfrans liqasının 1-ci təsnifat mərhələsində cavab oyununu keçirib. 

Allsport.az xəbər verir ki, Rəşad Sadıqovun kollektivi Gürcüstanda “Torpedo” ilə üz-üzə gəlib. 

“Şengeliya Arena”da oynanılan matç Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Oyunda hesabı təmsilçimiz açıb. 25-ci dəqiqədə Ərən Aydın fərqlənib: 1:0.

39-cu dəqiqədə “Zirə” fərqi artırıb. Amin Seydiyev dəqiq oynayıb. 

70-ci dəqiqədə Ərən Aydın özünün ikinci, komandasının üçüncü qolunu vurub: 3:0. 

Bu nəticədən sonra təmsilçimiz adını növbəti mərhələyə yazdırıb. 

Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyunda da “Zirə” 3 cavabsız qolla qələbə qazanıb.

“Qartallar” turnirin ikinci təsnifat mərhələsində Estoniyanın “Payde” klubu ilə qarşılaşacaqlar.

Həmin kateqoriyadan