Klublarda əmək haqları artıb

Klublarda əmək haqları artıb

Premyer liqada çıxış edən klublar tərəfindən əmək haqlarına sərf olunan vəsaitin məbləği 26 faiz artıb. Allsport.az saytı xəbər verir ki, bu barədə AFFA-nın lisenziyalaşdırma qrupunun növbəti illik hesabatında qeyd olunub.

Sənəddə, 2016-cı ildə klubların ümumi gəlirləri bir il əvvələ nisbətən 23 faiz çoxaldığı bildirilir. Ötən il himayədarlardan daxil olmalar komandaların ümumi gəlirlərinin 58 faizini təşkil edib. 2015-ci ildə isə bu rəqəm 77 faiz olub. UEFA-dan köçürmələr 20 faizdən 37 faizədək yüksəlib.

Qurumun hazırladığı hesabatda klubların 2015-ci illə müqayisədə, 2016-cı ildə ölkə çempionatı matçlarına bilet satışından əldə etdikləri ümumi gəlirin 80 faiz, UEFA-nın yarışları üzrə 52 faiz azaldığı bildirilir.

Həmin kateqoriyadan