“Köhlən atlılar” dünən 2 məşq keçib

“Qarabağ”ın Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Hazırlığın altıncı günündə komandamız iki məşqlə kifayətlənib. Allsport.az saytı xəbər verir ki, ilk məşqin meydançada keçirilməsi nəzərdə tutulsa da, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ilk hazırlıq fitnes zalında baş tutduğu barədə xəbər vermişdik.

Günün ikinci məşqi isə yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 18:00) hava şəraitinə baxmayaraq, meydançada start götürüb. Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komandamızın üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər. İki futbolçumuz – Reynaldo Silva və Elşən Abdullayev fizioterapivt nəzarəti altında çalışmaların davam etdiriblər.

Həmin kateqoriyadan