“Komandanın oyunundan narazı olduğumu deyə bilmərəm”

İngiltərə çempionatının 14-cü turunda “Mançester Siti”, “Tottenhem”lə qarşılaşıb.

Allsport.az xəbər verir ki, görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. Mançester klubunun müdafiəçisi Ruben Diaş oyun haqda öz fikirlərini səsləndirib:

“Liverpul”la oyunda olduğu kimi, matçın nəticəsi məyusedici oldu. Matçın çox hissəsində üstünlük təşkil etdik, lakin qalib gələ bilmədik. Komandanın oyunundan narazı olduğumu deyə bilmərəm, hamı öz işini gördü, aqressiv olduq və imkanlar yaratdıq. Amma biz 3 xal qazana bilmədik”.

Həmin kateqoriyadan