- Baxış sayı: 85
- 09 Avqust 2026 20:16
- Baxış sayı: 225
- Avqust 05, 2026
- 0

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında “ay-ulduzlular”ımız daha bir yoxlama oyunu keçirə bilər. Allsport.az saytı xəbər verir ki, millimizin fevralın 2-də Kosovo ilə yoldaşlıq oyunu keçirməsi barədə ilkin razılıq əldə olunub. Hazırda danışıqlar davam etdirilir.
Qeyd edək ki, yığmamızın öncədən həmin gün Gürcüstanla yoxlama oyunu keçirilməsi planlaşdırılırdı. Lakin gürcülər həmin oyundan imtina etmişdilər.
Qurban Qurbanovun çalışdırdığı yığmamız Antalyada ilk oyununu Moldovaya qarşı keçirəcək.