Kroosu geridə qoydu

Kroosu geridə qoydu

31 yaşlı futbolçu Coşua Kimmix Almaniya millisinin heyətində keçirdiyi oyunların sayına görə Toni Kroosu geridə qoyub.

Allsport.az xəbər verir ki, Kimmix Niderlandla millətlər liqasının birinci turunun Amsterdamda keçirilən oyununda komandasını kapitan kimi meydana çıxarıb.

Bu, Kimmixin Almaniya millisində 115-ci matçı olub. O, 114 oyun keçirən karyerasını başa vurmuş Toni Kroosu geridə qoyaraq “Bundestim”in tarixində ən çox oyun keçirən futbolçular sırasında 7-ci pilləyə yüksəlib.

Almaniya millisinin rekordçusu 150 oyunla Lotar Matteusdur. Miroslav Kloze 137, Tomas Müller isə 131 matçla onu izləyir.

Kimmixin növbəti hədəfi 121 oyun keçirən Bastian Şvaynştaygerdir.

Həmin kateqoriyadan