Kubokda “Zirə”yə qalib gəldi, bəs çempionatda?

Aprelin 15-də “Neftçi”  Topaz premyer liqasının 23-cü turunda “Zirə” ilə görüşəcək. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” bu komanda ilə indiyədək 11 çempionat oyununda qarşılaşıb. Bunlardan 8-də məğlub olan “Neftçi” 3 görüşdə isə heç-heçə edib. Top fərqi də “Zirə”nin xeyrinədi – 4:15.

Maraqlıdır ki, çempionatdan fərqli, “Zirə” “Neftçi” üçün kubok yarışlarında arzuolunan rəqibdir. Belə ki, bayraqdar bu komandanı iki dəfə Azərbaycan kubokundan kənarlaşdırıb. Həm ötən mövsüm (3:0, 1:2), həm də bu mövsüm (0:1, 2:0) 1/4 final mərhələsində iki oyunun nəticəsinə görə qalib gələn “Neftçi” yarımfinala vəsiqə qazanıb.

“Neftçi” ümumilikdə Zirədə keçirdiyi 7 oyundan 1-də qalib gəlib. 5 qarşılaşmada məğlub olan “ağ-qaralar”a 1 matçda da texniki məğlubiyyət verilib. Zirədəki görüşlərin top fərqində də meydan sahibləri üstündür – 9:3.

Qeyd edək ki, “Neftçi” son 7 rəsmi matçda məğlub olmadığı halda, “Zirə” 9 oyundur qələbəyə həsrətdir.

Həmin kateqoriyadan