Finalın adı: “Qarabağ” – “Neftçi”

Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Allsport.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub.

İlk oyunda minimal hesablı qələbəyə sevinən “Qarabağ” səfərdə “Simurq”la qarşılaşıb. Zaqatalada baş tutan cavab görüşündə tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyib. Nəticədə, matç başladığı kimi bitib və Ağam klubu minimal hesablı üstünlüyünü qoruduğu üçün finala yüksəlib.

Öz meydanında 2 cavabsız qolla üstün olmuş “Neftçi” isə “İnter”in qonağı olub. Hesabı qonaqlar açıblar. Lakin meydan sahibləri ardıcıl 2 qolla bu oyundan qalib ayrılıblar. İki matçın nəticəsinə görə isə “Neftçi” üstün olub və adını finala yazdırıb.

Beləliklə, iyunun 3-də keçiriləcək final oyununda “Qarabağ” və “Neftçi” üz-üzə gələcək.

Azərbaycan Kuboku
Yarımfinal (cavab oyunları)
21 aprel (çərşənbə axşamı)

“Simurq” – “Qarabağ” – 0:0
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Munis Abdullayev. Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev.
Zaqatala şəhər stadionu.

“Simurq”: 1. Pavel Kapsa, 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyubov, 11. Draqan Çeran, 13. Əli Gökdəmir, 14. Vüqar Mustafayev, 18. Tural Axundov (k), 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banas, 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 15. Stepan Polyak, 22. Cihan Özkara.
Baş məşqçi: Georgi Çixradze.
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 6. Hacı Əhmədov, 9. Reynaldo Silva, 18. İlqar Qurbanov, 21. Tural Rzayev, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.

“İnter” – “Neftçi” – 2:1
Qollar: N.Kanales, 27 (0:1). A.Daşdəmirov, 37 (1:1). B.Sxadadze, 57 (2:1).
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rza Məmmədov, Namiq Hüseynov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rəhim Həsənov.
Bakı. “İnter Arena”.

“İnter”: 96. Elşən Poladov (k), 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov, 23. Vojislav Stankoviç, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 99. Eyyub Əliyev, 3. Laşa Salukvadze, 22. Əfran İsmayılov, 24. Fuad Bayramov, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 82. Ruben Şaken.
Baş məşqçi: Kaxaber Sxadadze.
“Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 3. Denis Silva Kruz, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (k), 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 16. Əziz Quliyev, 17. Rəhman Hacıyev, 21. Samir Məsimov, 90. Ernest Nfor, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.

Həmin kateqoriyadan