- Baxış sayı: 34
- 19 İyun 2026 20:30
- Baxış sayı: 42
- İyun 19, 2026
- 0

Albaniya superliqasında 6-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin hücumçusu Rauf Əliyevin çıxış etdiyi “Kukesi” öz meydanında “Teuta” ilə qarşılaşıb.
Ev sahibləri bu matçda üstün olub (4:2). Mübarizəyə sonradan qoşilan həmyerlimiz komandasının inamlı qələbəsində pay sahiblərindən biri olub.
O, 90+4-cü dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib. Üçüncü qol da onun sayəsində vurulub. “Şimal-şərqlilər” 13 xalla 10 komanda arasında 2-ci pillə yerini möhkəmləndirib.