- Baxış sayı: 42
- 07 Oktyabr 2026 22:41
- Baxış sayı: 44
- Oktyabr 07, 2026
- 0

Argentina millisinin yarımmüdafiəçisi Enso Fernandes Lionel Messinin milli komandadakı karyerasını başa vurması ilə bağlı fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, o, Messi ilə birlikdə dünya çempionu olmağın xüsusi hiss olduğunu bildirib:
“Bir gün uşaqlarıma və nəvələrimə Leo ilə oynadığımı və onunla birlikdə dünya çempionatını qazandığımızı danışacağam. Onun bizə verdiklərinə, bizə kömək etmək üçün etdiklərinə görə minnətdaram. Bu qədər ildən sonra onunla bu anları bölüşə bildiyim üçün Allaha şükür edirəm. Bu, sehrli bir yol idi.
Bu, çox emosional gündür. Qarışıq hisslər keçirirəm. Ümid edirəm, Leo da bu gündən zövq aldı. Onun üçün çox darıxacağıq. Mən ağladım”.
Messinin vida matçında Argentina millisi Benini 3:0 hesabı ilə məğlub edib. Lionel Messi bir qol vurub və iki məhsuldar ötürmə edib.