- Baxış sayı: 41
- 29 Aprel 2024 15:15
- Baxış sayı: 37
- Aprel 30, 2024
- 0
Londonda keçirilən boks üzrə Avropa olimpiya təsnifat turniri dayandırılıb. Allsport.az xəbər verir ki, bu barədə qərarı beynəlxalq olimpiya komitəsi verib.
Qurum martın 14-də start götürən yarışı may ayına qədər təxirə salıb. Buna koronavirus pandemiyasının yayılma təhlükəsi səbəb olub.
Bu səbəbdən də öncə martın 24-dək davam etməli olan turnirin azarkeşlərsiz keçirilməsi barədə qərar verilmişdi. Lakin sonradan BOK turniri dayandırmağı məqsədəuyğun sayıb.
BOK-un bəyanatında bildirilir ki, Tokio-2020-yə lisenziyaların sahiblərini tapması işçi qrupun səlahiyyətində olacaq: “İşçi qrup olimpiadaya qalan lisenziyaların may-iyunda bölüşdürülməsi üçün gündəlik olaraq vəziyyəti qiymətləndirəcək. Qrupun prioriteti idmançıların oyunlara vəsiqəni idman prinsipləri ilə qazanmasıdır. Biz bütün maraqlı tərəfləri informasiya olan kimi onunla təchiz edəcəyik. BOK 2020-ci il olimpiya oyunlarının Tokioda uğurla keçirilməsi ideyasına sadiqdir”.
Azərbaycan yığması yarışa 11 boksçu (8 kişi, 3 qadın) ilə qatılmışdı.