- Baxış sayı: 46
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Millimizin DÇ-2018-in seçmə mərhələsində rəqiblərindən olan Almaniya yoxlama matçında qüvvəsini sınayacaq. Allsport.az saytı xəbər verir ki, Yoahim Lövün komandası gələn ilin martın 22-də İngiltərə ilə qarşılaşacaq.
Dortmundda “Siqnal İduna Park”da keçiriləcək oyunda bir müddət öncə karyerasını bitirdiyini açıqlayan Lukas Podolski millinin heyətində son görüşə çıxacaq. Almaniya bu oyundan 4 gün sonra, Bakıda bizim qonaq olacaq.