- Baxış sayı: 37
- 24 Avqust 2026 23:45

- Baxış sayı: 372
- Avqust 20, 2026
- 0


İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruis dünya futbolu tarixinə düşüb.
Allsport.az xəbər verir ki, 29 yaşlı futbolçu yığmada çıxış etdiyi ilk 50 oyununda məğlubiyyət üzü görməyib.
Bu göstərici DÇ-2026-nın finalında Argentinanın əlavə vaxtda 1:0 hesabı ilə məğlub edilməsi sayəsində reallaşıb. Həmin qarşılaşmada meydanda olan Ruis əfsanəvi braziliyalı Qarrinçanın rekordunu geridə qoyub. Braziliya millisinin sabiq üzvü 1955-1966-cı illərdə keçirdiyi ilk 50 oyunun 49-da məğlub olmamışdı.
Mütləq rekord isə digər ispan futbolçu Karlos Marçenaya məxsusdur. O, 2003-2010-cu illər arasında İspaniya millisində ardıcıl 57 oyunda məğlubiyyət yaşamayıb.
Fabian Ruis DÇ-2026-da İspaniya millisinin keçirdiyi bütün 8 oyunda iştirak edib və 1 qol vurub.