Məcidov Ömərova məğlub oldu

Yanvarın 23-də “Sərhədçi” Olimpiya İdman  Mərkəzində Beynəlxalq Boks Federasiyasının AIBA Pro Boxing turniri çərçivəsində +91 kq çəki dərəcəsi üzrə yarış keçirilib. Allsport.az xəbər verir ki, döyüşlərdən əvvəl konsert proqramı təqdim olunub.

Rinqə əvvəlcə misirli Əhməd Samir və almaniyalı Əli Qıydın çıxıblar. Görüş Almaniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Günün ikinci görüşündə fransalı Mohammed Toni Viktor James Yoka və rumıniyalı Mihay Nistor qarşılaşmalı idi. Lakin Fransa təmsilçisi Azərbaycana gəlmədiyi üçün qələbə M.Nistora verilib.

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov isə Rusiya boksçusu Məhəmməd Ömərov ilə görüşdən isə məğlub ayrılıb.

APB kəməri və Rio-2016-ya lisenziya uğrunda döyüşdə mərakeşli Mohammed Arjaoui və Almaniya təmsilçisi Erik Pfeifer qarşılaşıb. Döyüş Erik Pfeiferin qələbəsi ilə başa çatıb

Həmin kateqoriyadan