Məhəmməd Abdullayev 2-ci olub

Allsport.az xəbər verir ki, Azərbaycan boksçusu Məhəmməd Abdullayev (92 kq) 3-cü Avropa oyunlarında final döyüşünə çıxıb. Dünya çempionatının mükafatçısı yarışın son görüşündə Delişes Ori (Böyük Britaniya) ilə qarşılaşıb.

Ardıcıl olaraq, Uğur Aydemir (Türkiyə), Nikoloz Beqadze (Gürcüstan), Stilianos Poulias (Yunanıstan) və Nelvi Ram Tiafaka (Almaniya) qalib gələn Abdullayev bu dəfə məğlubiyyətlə üzləşib.

Rəqib 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və boksçumuz yarışı ikinci yerdə bitirib. Beləliklə, iyunun 23-də start götürüb və 10 gün davam edən Avropa oyunlarını Azərbaycan millisi 1 gümüş və 1 bürünc medalla başa vurub. Öncə Murad Allahverdiyev (80 kq) 3-cü yeri tutmuşdu.

Hər 2 boksçumuz həmçinin Paris-2024 yay olimpiya oyunlarına lisenziya da qazanıb.

Həmin kateqoriyadan