Məhəmməd Abdullayev dünya çempionatında bürünc medal qazanıb

Allsport.az xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilir.

Finala gedən yolda Azərbaycan millisinin heyətində Alfonso Dominqesin (86 kq) ardınca Məhəmməd Abdullayev (+92 kq) rinqə çıxıb.

O, 1/2 finalda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gəlib. Döyüşdə rəqib finala vəsiqə qazandığından Abdullayev dünya çempionatının bürünc medalla başa vurub. Bu, onun böyüklər arasında ardıcıl eyni əyarlı 2-ci mükafatı olub.

Daha öncə Dominqes yarımfinalda Georgi Kuşitaşvilini (Gürcüstan) 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək 2-ci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Olimpiya mükafatçımız həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə döyüşəcək. Qarşılaşma mayın 14-də olacaq.

Həmin kateqoriyadan