- Baxış sayı: 35
- 25 Aprel 2024 23:15
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
23-24 yanvarda AİBA Pro Boxing (APB) turnirində növbəti döyüşlər keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə super ağır çəki dərəcəsində çıxış edən boksçular mübarizə aparacaqlar. 2-qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov rusiyalı Məhəmməd Ömərovla üz-üzə gələcək.
Milli komandamızın üzvü artıq iki dəfə – London Olimpiadasında və 2013-cü ildə Qazaxıstandakı dünya çempionatında rəqibi ilə qarşılaşıb və hər 2 görüşdə qələbə qazanıb. Rusiyalı boksçu həmin döyüşləri xatırladaraq, revanş arzusunda olduğunu deyib.
Məhəmmədin məşqçisi Zübeyr Cəfərov Məhəmmədrəsul Məcidovun 2 döyüşü vaxtından əvvəl başa vurmasının onun ziyanına işləyə biləcəyini deyib: “Məcidov hər iki qarşılaşmada nokautla qalib gəlib. 6 raund mübarizə aparmayıb. Bu baxımdan Omarovun azacıq üstünlüyü var”.
Qeyd edək ki, Məcidov Ömərovu məğlub etsə, APB-dən lisenziya şansını saxlayacaq.