Məhəmmədrəsul Məcidov: APB-dən Rio-2016-ya lisenziya qazanmaq şansım hələ qalıb

«Hər şey qaydasındadır. Məşqlərimi davam etdirir, Avropa Oyunlarına hazırlaşıram». Bunu allsport.az saytına açıqlamasında milli komandamızın üzvü Məhəmmədrəsul Məcidov (+91 kq) deyib. Titullu boksçusunun sözünə görə, çıxış etdiyi AIBA Pro Boxing turnirində məğlubiyyətlərə rəğmən, bu liqadan Rio Olimpiadasına yollanmaq imkanı qalıb:

«Bu mövsüm səhhətimdə problemlə bağlı uğurlu çıxış edə bilmədim. Amma yavaş-yavaş formaya düşürəm. APB-dən Rio-2016-ya lisenziya qazanmaq imkanım hələ qalmaqdadır. Alınmasa, digər versiyalarda mübarizəni davam etdirəcəyəm. Əsas məqsədim, Braziliyida keçiriləcək olimpiadaya düşüb, oradan qızıl medalla qayıtmaqdır».

Həmin kateqoriyadan