VİDEO
Məhəmmədrəsul Məcidov britaniyalı rəqibini nokauta saldı

Peşəkar boksçu Məhəmmədrəsul Məcidov ikinci görüşündə qələbə qazanıb.

Allsport.az xəbər verir ki, həvəskar boks üzrə üç-qat dünya çempionumuz Səudiyyə Ərəbistanında keçirilən görüşdə britaniyalı Tom Litlı məğlub edib.

Səkkiz raundluq görüşün ikinci raundunda rəqibini əvvəlcə nokdauna salan Məcidov daha sonra ona nokautla qalib gəlib.

Məhəmmədrəsul Məcidov daha əvvəl amerikalı Ed Fauntini məğlub edib peşəkar boksda debüt etmişdi.

Həmin kateqoriyadan