- Baxış sayı: 44
- 10 Avqust 2026 19:49
- Baxış sayı: 224
- Avqust 12, 2026
- 0
23 yanvarda Bakıda AİBA Pro Boxing turnirində super ağır çəkidə keçiriləcək döyüşlərdə 2-qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov rusiyalı Məhəmməd Ömərovla üz-üzə gələcək. Allsport.az saytı xəbər verir ki, titullu rinq ustamız ötən görüşlərə nisbətən indi özünü daha yaxşı hiss etdiyini deyib:
“Xəstəlikdən sonra özümə tam gəlməmiş AİBA Pro Boxing turnirində ilk döyüşümə çıxdım. Verveyko ilə qarşılaşmada heç 50 faiz hazır deyildim. İndi daha optimal formadayam. Ömərovu yaxşı tanıyıram. Onun həm APB-də, həm də olimpiya boksundakı görüşlərini diqqətlə izləmişəm”.
Qeyd edək ki, Məcidov Ömərovu məğlub etsə, APB-dən lisenziya şansını saxlayacaq.