- Baxış sayı: 42
- 07 Oktyabr 2026 22:41
- Baxış sayı: 43
- Oktyabr 07, 2026
- 0

İspaniyanın “Elçe” klubunun kapitanı Xosan Ferrandes həyat yoldaşına qarşı zorakılıq etməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
Allsport.az xəbər verir ki, 36 yaşlı futbolçu oktyabrın 6-da axşam saatlarında nəzarətə götürülüb. Gecəni polis idarəsinin kamerasında keçirən Ferrandes səhər saatlarında məhkəməyə gətirilərək ifadə verib.
İki qız övladı olan cütlük hazırda boşanma ərəfəsindədir. Qadının müraciətinə təhqiramiz ifadələrin yer aldığı mesaj skrinşotları və iddia olunan zorakılıq nəticəsində bədəndə əmələ gəlmiş xəsarət fotoları əlavə edilib.
Lakin sonradan futbolçunun həyat yoldaşı şikayətini geri götürüb və nəticədə cinayət işinə xitam verilib. “Elçe” klubunun yaydığı rəsmi bəyanatda hazırda Xosanın artıq evində olduğu bildirilib.
Futbolçu da həyat yoldaşı ilə birgə bəyanat yayaraq ayrılıq ərəfəsində olduqlarını təsdiqləyib və şəxsi həyatlarına hörmətlə yanaşılmasını xahiş edib.
2018-ci ildən “Elçe”də çıxış edən Xosan Ferrandes bu komandanın heyətində 284 rəsmi matçda forma geyinib. Cari mövsümdə La liqada keçirilən 7 turdan sonra komanda turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.