- Baxış sayı: 29
- 30 Sentyabr 2026 15:24
- Baxış sayı: 124
- Sentyabr 29, 2026
- 0

“Sabah”ın futbolçusu Coy-Lens Mikels Ruanda yığmasında növbəti oyuna çıxıb.
Allsport.az xəbər verir ki, sözügedən komanda Afrika millətlər kubokunda II turda Kabu Verde ilə qarşılaşıb. Matç ruandalıların qələbəsiylə başa çatıb – 2:1.
Mikels bu görüşdə start heyətdə meydana çıxıb. O, komandasının ikinci qolunda məhsuldar ötürmə müəllifi olub. Hücumçu 90+3-də əvəzlənib.
“Zirə”də çıxış edən Ange Mutsinzi də Ruanda forması geyinir. O, bu matçda sarı vərəqə ilə cəzalanıb, sona qədər meydanda qalıb.
Ruanda iki turdan sonra 6 xalla “K” qrupunda birincidir. Qrupda Mali və Liberiya da mübarizə aparır.