“Mən Endriki “Barselona”da görmək istərdim”

Allsport.az xəbər verir ki, “Qremio”nun hücumçusu Luis Suares, yeni mövsümdəm “Real”da çıxış edəcək olan braziliyalı Endrik haqda öz fikirlərini bölüşüb:

“Mən Endriki “Barselona”da görmək istərdim, amma o, özü qərar verir, futboldan həzz almalıdır və futbol ondan həzz alacaq. Söhbət bir ulduzdan gedir, çox gənc bir ulduz idmanda ilk addımlarını atır. Endrikin bu mövsüm əldə etdikləri inanılmazdır.

Onun simasında “Real”, Braziliya millisi və bütün futbol uzun illər boyu böyük bir ulduz qazanacaq”.

Həmin kateqoriyadan