Məşhur boksçu güllələndi

Boksçu Andrey Stoçki Çelyabinskdə küçədə baş verən münaqişə nəticəsində xəstəxanaya yerləşdirilib.

Allsport.az xəbər verir ki, hadisə yanvarın 25-i axşam saatlarında baş verib. 28 yaşlı idmançı pnevmatik silahla vurulub. O, atəş açan şəxsi tanıyırdı və hazırda polis onu axtarır.

Yaralanmasına baxmayaraq, Stoçki özü xəstəxanaya yollanıb. Orada ondan bir ədəd rezin güllə çıxarıblar. Zərərçəkənin vəziyyəti orta ağır qiymətləndirilir.

Həmin kateqoriyadan