- Baxış sayı: 44
- 10 Avqust 2026 19:49
- Baxış sayı: 227
- Avqust 12, 2026
- 0

Keçmiş İBF İnternational və İBF Avropa çempionu Besar Nimani 38 yaşında öldürülüb.
Allsport.az xəbər verir ki, boksçu şənbə günü axşam Almaniyanın Bielefeld şəhərində restorandan çıxarkən güllələnib. Bu zaman 10-a yaxın atəş səsi eşidilib.
Nimani 1985-ci ildə Kosovoda anadan olub, 1997-ci ildə Almaniyaya köçüb, sonra orada yaşayıb. 2011-2019-cu illərdə rinqdə keçirdiyi 27 peşəkar döyüşün 26-da qalib gəlib.