Macarıstanın ölkəmizdə səfirini qəbul edib

Noyabrın 4-də gənclər və idman naziri Fərid Qayıbov, Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanı qəbul edib. Allsport.az saytı xəbər verir ki, qonağı salamlayan dövlət eəsmisi, ona ölkəmizdəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib.

Görüşdə 2 ölkə arasında gənclər siyasəti və idman məsələləri sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycanla Macarıstan arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübailəsi aparılıb.

Qəbulda səfirliyin 1-ci katibi Monika Felföldi də iştirak edib.

Həmin kateqoriyadan