- Baxış sayı: 17
- 24 Sentyabr 2026 16:56
- Baxış sayı: 218
- Sentyabr 23, 2026
- 0
Azərbaycanın U-21 millisinin və “Qarabağ”ın futbolçusu Mahir Mədətovun atası Anar kişi oğlunun Avropa klublarından birinə transfer ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Allsport.az saytı xəbər verir ki, o, “Lider” TV-də yayımlanan “Bu, bizik” verilişinə telefonla bağlantısı zamanı, xarici klubların onunla maraqlandığını deyib. Anar Mədətov hər şeyə 2018-ci ildə dəqiqləşəcəyini söyləyib:
“Müqavilə imzalansa, hamı biləcək ki, qış transfer dövründə Mahiri alıblar. Bəli, maraqlanırlar, amma bu, hələlik sirr kimi qalır. Nə olacağını yeni ildən sonra biləcəyik. Əcnəbi məşqçilər gəldilər, maraqlandılar. Amma 2018-ci ilin tranfser dövrünü gözləmək lazımdır”.