- Baxış sayı: 44
- 26 Sentyabr 2026 10:55
- Baxış sayı: 50
- Sentyabr 26, 2026
- 0

Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II dünya olimpiya təsnifat turnirində ikinci döyüşünə çıxıb.
Allsport.az xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 final çərçicəsində Çol Man Çoe (Şimali Koreya) ilə qarşılaşıb.
Görüş 1:1 (30:27, 28:28, 28:28, 28:28, 28:29) hesabı ilə yekunlaşsa da, hakimlər boksçumuzu üstün hesab ediblər və Həsənov 1/8 finala vəsiqə qazanıb. O, növbəti döyüşündə Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gələcək. Qarşılaşma mayın 29-da olacaq.
Qeyd edək ki, bu gün Şamil Əsgərov (57 kq) və Zeynəb Rəhimova (54 kq) da rinqə çıxacaq.