Masallıda boks məşqçiləri üçün seminar

Boks federasiyası tərəfindən Masallıda cənub zonasının məşqçiləri üçün seminara start verilib.

Allsport.az saytı xəbər verir ki, fevralın 10-dək keçiriləcək təlimlərə ABF-nin idarə heyətinin üzvü Rövşən Hüseynov və məşqçilər komitəsinin sədr müavini Əsgər Eyvazov rəhbərlik edirlər.

Seminar Masallı, Lənkəran, Biləsuvar, Astara və Cəlilabaddan olan mütəxəssislərin təkmilləşdirilməsi məqsədi daşıyır.

Bu gün çalışdırıcıları əyani vəsaitlərdən istifadə etməklə nəzəriyyə ilə tanış edən təlimatçılar, sabahdan zallarda məşqləri göstərəcəklər.

Həmin kateqoriyadan