Mateo Mujek: “Neftçi”ni 5-6 il bundan əvvəl tanımışam

“Neftçi”nin yeni futbolçusu Mateo Mujek klub televiziyasına açıqlama verib. Allsport.az saytı xəbər verir ki, həmkarımızla söhbətdə, 22 yaşlı xorvatiyalı müdafiəçi bunu deyib:

“Təbii ki, “Neftçi” haqqında məlumatım var idi. Yaşadığım şəhər Zaqrebi təmsil edən “Dinamo” 5-6 il bundan əvvəl çempionlar liqasının seçmə mərhələsi çərçivəsində bu komanda ilə üz-üzə gəlmişdi. O vaxtdan “Neftçi”ni tanıyıram. Komanda haqqında təəssüratım yaxşıdır.

Texniki cəhətdən çox yüksək bir kollektivimiz var. Bu komanda əvvəl çıxış etdiyim çempionatdan daha yüksək səviyyədə olan Azərbaycan premyer liqasında mübarizə aparır. Komanda yoldaşlarım çox yaxşıdılar və heç vaxt öz köməklərini məndən əsirgəmirlər. Buna görə də məni hər şey qane edir. Hazırda “Neftçi”dəyəm və yalnız bunu düşünürəm. Gələcəkdə isə nə olacağına baxarıq”.

 

Həmin kateqoriyadan