Maxaсqala meri Məhəmmədrəsul Məcidova mənzil hədiyyə edib

Dağıstan respublikası paytaxtının meri Musa Musayev boks üzrə 3-qat dünya çempionumuz Məhəmmədrəsul Məcidova Maxacqalada mənzil hədiyyə edib. Allsport.az saytı xəbər verir ki, titullu idmançını öz otağında qəbul edən Rusiya rəsmisi onun şəninə tərif deyib:

«Dağıstanda idman sürətlə inkişaf edir. Bu üzdən, idmançılarımız başqa ölkələrin adından dünya səviyyəli yarışlarda və olimpiya oyunlarında çıxış edirlər.

İstənilən halda, hansı ölkənin şərəfini qorumalarına baxmayaraq, onlar, ilk növbədə,  rusiyalı və dağıstanlı olaraq qalırlar. Fəxr edirik ki, belə qeyrətli oğullarımız Dağıstanı şöhrətləndirirlər».

Həmin kateqoriyadan