Ayaz Mehdiyev kubok oyununda da oynamadı

Türkiyə kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası “Girəsunspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Gənclərbirliyi” ilə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə başa çatıb. Çempionat oyunlarında forma şansı əldə edə bilməyən Mehdiyevin adı bu matçın da iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, “Girəsunspor” Türkiyə PTT 1-ci Liqasında, “Gənclərbirliyi” isə Superliqada mübarizə aparır. Mehdiyevin komandası hazırda 4 xalla qrup ikincisidir.

Həmin kateqoriyadan