- Baxış sayı: 21
- 06 May 2024 12:07
- Baxış sayı: 91
- May 03, 2024
- 0
“Milan”ın qapıçısı Mayk Menyan Fransa çempionatına qayıda bilər.
Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçunun “rossonerilər”lə yeni müqavilə ilə bağlı son danışıqları uğurlu alınmayıb. Bu baxımdan fransalı karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirməyə başlayıb ki, bu da bir sıra klubların ona olan marağı nəzərə alınmaqla xüsusilə vacibdir.
Fransanın PSJ kluu hazırda qolkiperi transfer etmək üçün favorit sayılır. Londonun “Çelsi”si və Münhen “Bavariya”sı da vəziyyəti izləməyə davam edir.