- Baxış sayı: 35
- 28 Sentyabr 2026 23:57
- Baxış sayı: 116
- Sentyabr 26, 2026
- 0

Portuqaliyanın baş məşqçisi Jorje Jezuş millətlər liqasının II turunun Norveçlə matçında (2:1) Kriştianu Ronaldunu ehtiyat oyunçular skamyasında saxlamaq qərarını izah edib.
Allsport.az xəbər verir ki, mütəxəssis meydanda fərqli xüsusiyyətlərə malik futbolçulara ehtiyac olduğu üçün bu addımə atdığını deyib:
”Kriştianu meydana çıxmadı. Onu, bəlkə də, yarım saatlığa buraxmağı düşünürdüm. Amma sonra oyun öz şərtlərini diktə etməyə başladı. Qərara gəldim ki, onu döyüşə atmaq üçün uyğun an deyil. Qarşıda hələ iki matç var. Lakin bu, Ronaldunu fiziki cəhətdən qorumaq üçün deyil. Çünki o, istədiyim qədər oynamağa hazırdır. Bu, mənim qərarım idi.
Mənə başqa xüsusiyyətlərə malik oyunçular lazım idi. Lakin bu o demək deyil ki, o, heyətdən kənarda qalıb. Ola bilər ki, indi Danimarka ilə matçda oynayacaq. Hamı bərabərdir. Qonsalu Ramuş yaxşı oynadı, qol vurdu, daha bir qolu ləğv edildi. Hiss etdim ki, Ramuşu əvəzləmək vaxtı deyil”.
Bu, son 18 il ərzində Ronaldunun karyerasında Portuqaliya millisinin heyətində yer aldığı, lakin meydana daxil olmadığı ilk rəsmi qarşılaşma olub. Sonuncu dəfə belə hal 2008-ci il Avropa çempionatında baş verib.