- Baxış sayı: 38
- 22 İyun 2026 23:07
- Baxış sayı: 41
- İyun 22, 2026
- 0

Premyer liqanın 15-ci turunda “Qəbələ” ilə oyundan sonra istirahətə buraxılan “Qarabağ” yenidən məşqə başlayıb. Allsport.az saytı xəbər verir ki, “köhlən atlılar” bu gündən “Səbail”lə matçın hazırlığına start verib.
Ötən oyunu zədə səbəbindən buraxan Miçel zədəsini tam sağaldaraq komandayla çalışmalara başlayıb. Digər zədəli futbolçu Əfran İsmayılov isə fərdi məşqlərlə kifayətlənib.
Bu komandalar arasında görüş fevralın 18-də keçiriləcək və saat 17:30-da “Bayıl arena”da start götürəcək.