Migel Madera: Qazandığımız qələbə bizim üçün motivasiyadır

“Qarabağ” premyer liqanın 17-ci  turunda “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra qalib komandanın futbolçusu Migel Madera bunu deyib:

“Əvvəlki oyunlar kimi, “Zirə”ylə matç da çətin oldu. Hədəfimiz qələbə qazanmaq idi və bunu bacardıq. Qalibiyyət əldə etdiyimiz üçün sevincliyik. Qazandığımız qələbə bizim üçün motivasiyadır.

Çempionatda yaxşı futbolçular var. Üstəlik, bütün oyunlar da çətin keçir. Deməzdim ki, rahat xallar qazanırıq. Rəqiblərimiz də müqavimət göstərir və qələbə qazanmaq istəyir”

Həmin kateqoriyadan