Millətlər liqasında dəstələr və səbətlərin tərkibi açıqlandı – “ay-ulduzlular”ımız sonuncu bənddir

Millətlər liqasında bütün dəstələr və səbətlər bəlli olub. Allsport.az saytı xəbər verir ki, UEFA-ya üzv olan 55 yığma 4 liqaya bölünüb. Hər liqada 4 qrup olacaq. Yarışın iki ən yüksək dəstəsinin hərəsində 12 komanda çıxış edəcək. “C” liqasında 15, “D”-də isə 16 iştirakçı mübarizə aparacaq. Azərbaycan yığması gözlənildiyi kimi, adı son çəkilən dəstədə çıxış edəcək.

Liqaların qruplarının püşkatması gələn il yanvarın 24-də İsveçrənin Lozanna şəhərində baş tutacaq. Azərbaycan yığması “D” liqasının ən yüksək reytinqlisi olduğundan 1-ci səbətdə yer alıb. Bu da millimizə zəif rəqiblər vəd edir. Püşkatma mərasimində Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşməyəcəklər. UEFA bu iki ölkə ilə yanaşı, Rusiya və Ukraynanın da “B” divizionunda fərqli qruplara salınması barədə qərar qəbul edib.
Səbəb kimi ölkələrarası münasibətlərin olmaması göstərilib.

Qrup mərhələsinin oyunları 2018-ci ilin sentyabr – noyabr aylarında keçiriləcək. Qrup qalibləri 2020-ci ilin martında yarımfinal və final oynayaraq, liqanın ən güclüsünü müəyyənləşdirəcəklər. Beləliklə, hər liqadan bir komanda 2020-ci il Avropa çempionatına vəsiqə qazanacaq. Daha 20 vəsiqənin sahibi isə 2019-cu ilin martında startı veriləcək Avropa çempionatının seçmə mərhələsinin yekununda məlum olacaq.
Burada 55 ölkə 5 və ya 6 komandadan ibarət 10 qrupa bölünəcək. Hər bir qrupdan 2 ən güclü komanda final mərhələsinə birbaşa vəsiqə əldə edəcək.

“A”, “B” və “C” liqalarının qruplarında sonuncu yeri tutanlar aşağı dəstəyə yuvarlanacaq və növbəti turnirdə orada çıxış edəcək. “B”, “C” və “D” liqalarının qruplarında 1-ci yeri tutanlar isə bir dəstə yuxarı irəliləyəcək. Azərbaycan millisinin də C liqasına vəsiqə uğrunda mübarizə aparmaq şansları yüksəkdi. Qeyd edək ki, 2020-ci il Avropa çempionatı qitənin 13 şəhərində, o cümlədən, Bakıda da təşkil olunacaq.

“A” liqası

1-ci səbət
Almaniya, Portuqaliya, Belçika, İspaniya
2-ci səbət
İsveçrə, Fransa, İngiltərə, İtaliya
3-cü səbət
Polşa, İslandiya, Xorvatiya, Niderland

“B” liqası

1-ci səbət
Avstriya, Uels, Rusiya, Slovakiya
2-ci səbət
İsveç, Ukrayna, İrlandiya, Bosniya və Hersoqovina
3-cü səbət
Şimali İrlandiya, Danimarka, Çex Respublikası, Türkiyə

“C” liqası

1-ci səbət
Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya
2-ci səbət
Yunanıstan, Serbiya, Almaniya, Norveç
3-cü səbət
Çernoqoriya, İsrail, Bolqarıstan, Finlandiya
4-cü səbət
Kipr, Estoniya, Litva

“D” liqası

1-ci səbət
Azərbaycan, Makedoniya, Belarus, Gürcüstan
2-ci səbət
Ermənistan, Latviya, Farer adaları, Lüksemburq
3-cü səbət   
Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta
4-cü səbət
Andorra, Kosovo, San Marino, Cəbəllütariq

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish