- Baxış sayı: 50
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Kipr 1-ci divizionunda 13-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Anortosis” doğma meydanda “AEL Limassol”la qarşılaşıb.
Bu görüşdə tərəflər heç-heçə ediblər (1:1). Millimizin üzvü start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da o vurub. Araz 12-ci dəqiqədə hesabı açıb.
Famaqusta təmsilçisi 27 xalla 14 iştirakçı öncüllüyünü davam etdirir.