Milli komandalarda məşqçilər heyəti və komitə sədrləri təsdiqlənib

Azərbaycan boks federasiyasının idarə Hhyətinin iclası olub. Allsport.az saytı xəbər verir ki, yığıncaqda milli komandalarının məşqçilər heyəti və ABF-də yeni yaradılan komitələrin sədrləri ilə bağlı təyinatlar rəsmiləşib.

Kişilərdən ibarət yığmanın baş məşqçisi Pedro Roke bütün yaş qrupları üzrə komandalara rəhbərlik edəcək və məsuliyyət daşıyacaq. Əsas millidə onunla yanaşı, Nəriman Abdullayev Ceyhun Abiyev çalışacaq.

Gənclərdən ibarət yığmada baş məşqçi Elbrus Rzayevə Vüqar Məmmədovla Elvin Məmişzadə köməkçi təyin edilib.

Yeniyetmələrdən ibarət milli komanda yenə Vaqif Kazımova həvalə olunub. Onun məşqçilər korpusunda Ağası MəmmədovTeymur Məmmədov yer alacaqlar.

Qadınlardan ibarət yığmada baş məşqçi funksiyasını Yadigar Məmmədov yerinə yetirəcək. O, İlkin Ağayevlə birgə boksçularımızı yarışlara hazırlayacaq.

Federasiyanın tərkibində yeni formalaşan veteran və çempionlar komitəsinin sədri Şahin İmranov olacaq. Hakimlər komitəsinə isə Emil Qurbanəliyev rəhbərlik edəcək.

Həmin kateqoriyadan