Milli Olimpiya Stadionundan son görüntülər

Milli Olimpiya Stadionu hazır olmaq ərəfəsindədir. Allsport.az saytının məlumatına görə, 185 gündən sonra Avropa Oyunlarının açılışı burada reallaşacaq. Bütün Azərbaycan bu tarixi səbirsizliklə gözləyir.

Nəzərinizə çatdıraq ki, bu böyük idman qurğusu öz müasir tikinti üslubu ilə fərqlənəcək. Xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionunun özəlliyi, müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər müasir infrastrukturunun olmasıdır.

Daxili sahəsi 120,830 kvadratmetr olacaq 6 mərtəbəli stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılır. Arenanın layihələndirilməsi ilə bağlı ilkin işlərə 2008-ci ildən başlanıb.

Tanınmış foto-müxbir Dilavər Nəcəfov bu gün ölkənin ən nəhəng arenasının şəkillərini çəkib yayımlayıb. Xatırladaq ki, həmkarımız keçən həftə İngiltərədə keçirilmiş foto müsaqibədə qalib olub.

Onun Pekin-2008-də cüdo, London Olimpiadasında bədii gimnastikada çəkdiyi kadrlar, milyonlarla fotonun arasında TOP-10 daxil olub.

1922042_10152927259968669_5959579870320531375_n 10440250_10152927259943669_2470588564495733944_n 10388199_10152927259933669_1277568470293641761_n 1939614_10152927259863669_1807227443704823846_n

Həmin kateqoriyadan