- Baxış sayı: 61
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Rusiyada boks üzrə “Qələbə kuboku”na start verilib.
Allsport.az xəbər verir ki, yarışa “Bakı” adı altında qatılan Azərbaycan seçməsi turnirə 1/4 final mərhələsindən başlayıb.
Permdə keçirilən “Qələbə kuboku”nda Azərbaycan komandasının rəqibləri “Ural” olub. “Bakı” görüşü 3:2 hesabı ilə xeyrinə bitirib. 4 raunddan ibarət qarşılaşmalarda milli komandanın heyətində Zaur Qəhrəmanov Mark Urvanovu, Səidcəmşid Cəfərov Xoşbəxt Kuldaşevi və Məhəmməd Abdullayev Aleksandr Dorofeyevi məğlub edib.
“Bakı” yarımfinal döyüşünə mayın 29-da çıxacaq. Görüş Saransk şəhərində baş tutacaq.