Millidən 22 medal

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirə yekun vurulub.

Allsport.az xəbər verir ki, Bakı boks mərkəzində keçirilən yarışda milli komandamızla yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan, Səudiyyə Ərəbistanı yığmalarının və Litvanın “Royal” klubunun 97 idmançısı qüvvəsini sınayıb. 5 gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.

Azərbaycan millisi turniri 22 medalla başa vurub. Elbrus Rzayevin baş məşqçisi olduğu komandanın heyətində Bilalhəbəşi Nəzərov, Zidan Hümbətov, Tağı Nəsibov, Məhəmmədəli Qasımzadə və Abbasqulu Şadlinski çempion tituluna yiyələnib. Yalnız finalda uduzan Məhəmmədəli Aşurəliyev, Mircəlal Mirağayev, Ruslan Qəhrəmanov və Orxan Ağayev ikinci yerlə kifayətlənib.

Həmin kateqoriyadan