Millimizə Ermənistana yollanmaq üçün asan qrup

U-19 futbolçuların Avropa çempionatının 2018/19 mövsümünün seçmə mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə 52 komanda 13 qrupa bölünüb. Toplantıda Azərbaycan millisinin də rəqibləri bilinib. Püşk yığmamızın üzünə gülüb.
Komandamız 1-ci qrupda Gürcüstan, İsrail və Lixtenşteynlə üz-üzə gələcək. Qrup oyunlarının keçiriləcəyi yer dəqiqləşməyib. Bu mərhələnin oyunları 2018-ci il noyabrın 20-nə qədər başa çatacaq.
13 qrupun hərəsindən iki ən yaxşı komanda elit-raunda vəsiqə əldə edəcək. Portuqaliya və Almaniya isə birbaşa həmin mərhələdən yarışa qatılacaq. U-17-lərin yarışında final mərhələsi Ermənistanda baş tutacaq.

Həmin kateqoriyadan