- Baxış sayı: 60
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 246
- Noyabr 09, 2026
- 0

Futzal millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb. Allsport.az xəbər verir ki, 3-cü qrupda yer alan yığmamız Moldovanın qonağı olub.
Çoresku şəhərindəki “FMF Arena”da oynanılan görüş yığmamızın qəəbəsi ilə başa çatıb – 5:3.
Bu komandalar arasında Bakıdakı ilk qarşılaşmada da millimiz qalib gəlmişdi – 5:1.
4 oyundan sonra yığmamız 12 xalla 1-ci, Moldova 4 xalla 3-cü pillədə qərarlaşıb. Joze Alesionun komandası bu qələbə ilə qrupda ilk iki yerdən birini təmin edib.